Menyu

Bakı-Sumqayıt istiqamətində yeni ekspres marşrutu istifadəyə verilir

Əsəd Abbaslı
Bakı-Sumqayıt istiqamətində yeni ekspres marşrutu istifadəyə verilir

Bu barədə "Operativ Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.

Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək. Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.

Teqlər:

"Bak\u0131-Sumqay\u0131t istiqam\u0259tind\u0259 yeni ekspres mar\u015frutu istifad\u0259y\u0259 verilir"

Əlaqəli Xəbərlər