Menyu

Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti açıqlanıb

Əsəd Abbaslı
Məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti açıqlanıb

"Operativ Media" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"İxtisaslı həkim baxışından sonra müvafiq müayinələri aparılıb. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

***

Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Bu gün günorta saatlarında Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə qəfildən kəsici alətlə xəsarət yetirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.

Teqlər:

"M\u0259kt\u0259bli yolda\u015f\u0131 t\u0259r\u0259find\u0259n b\u0131\u00e7aqlanan \u015fagirdin v\u0259ziyy\u0259ti a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər