Binəqədidə vətəndaşa qarşı 251 min dollarlıq dələduzluq edilib
Nərmin Qocamanlı
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Teqlər:
"Bin\u0259q\u0259did\u0259 v\u0259t\u0259nda\u015fa qar\u015f\u0131 251 min dollarl\u0131q d\u0259l\u0259duzluq edilib"