Menyu

Bu gün 3 300-dən çox namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir

Əsəd Abbaslı
Bu gün 3 300-dən çox namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir

DİM-dən "Operativ Media"a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil edilir. İmtahan vermək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3 338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Teqlər:

"Bu g\u00fcn 3 300-d\u0259n \u00e7ox namiz\u0259din d\u00f6vl\u0259t qullu\u011fu \u00fczr\u0259 imtahan verm\u0259si g\u00f6zl\u0259nilir"

Əlaqəli Xəbərlər