Menyu

Kobaxidze: Gürcüstanı ukraynalaşdıra bilməyən avropalı siyasətçilər və bürokratlar ölkəni zəiflətməyə çalışırlar

Nərmin Qocamanlı
Kobaxidze: Gürcüstanı ukraynalaşdıra bilməyən avropalı siyasətçilər və bürokratlar ölkəni zəiflətməyə çalışırlar

"Operativ Media" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib.

Baş nazir bildirib ki, dünənki şiddətli mitinqə görə əsas məsuliyyət konkret olaraq Avropa siyasətçiləri və bürokratları ilə yanaşı, dörd siyasi partiyanın təmsil etdiyi “beşinci kolon” olan “yerli agentlər”in də üzərinə düşür.

“Dünən aydın oldu ki, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”, - deyə Baş nazir vurğulayıb. 

Hökumət başçısı, eyni zamanda, diqqətə çatdırıb ki, “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilə bilməz. Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər