Menyu

Ankarada terror təşkilatlarına qarşı istintaq çərçivəsində 23 şübhəli həbs edilib

Nərmin Qocamanlı
Ankarada terror təşkilatlarına qarşı istintaq çərçivəsində 23 şübhəli həbs edilib

"Operativ Media" xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən FETÖ/PDY və PKK/KCK təşkilatlarına qarşı iki istintaq aparılıb.

Məlumata əsasən, istintaq çərçivəsində FETÖ/PDY ilə bağlı 35 şübhəlidən 33-ü tutulub. Saxlanılanlardan 14-ü həbs edilib, 19-u məhkəmə nəzarəti ilə azad edilib, 2 şübhəli barəsində isə axtarış qərarı çıxarılıb.

PKK/KCK ilə bağlı aparılan digər istintaqda 15 şübhəlidən 14-ü tutulub. Bu şəxslərdən 9-u həbs edilib, 5-i məhkəmə nəzarəti ilə azad edilib, 1 şübhəli barəsində axtarış qərarı çıxarılıb.

Teqlər:

"Ankarada terror t\u0259\u015fkilatlar\u0131na qar\u015f\u0131 istintaq \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 23 \u015f\u00fcbh\u0259li h\u0259bs edilib"

Əlaqəli Xəbərlər