Menyu

Cəlilabadda qanunsuz ov edənlər saxlanılıb

Əsəd Abbaslı
Cəlilabadda qanunsuz ov edənlər saxlanılıb

"Operativ Media" xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Ə.Cabbarlı və R.İmanzadənin rayonun Günəşli kəndi ərazisindəki örüş sahəsində qanunsuz ov etdikləri müəyyən olunub.

Onlardan 2 ədəd müxtəlif markalı ov tüfəngləri və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.

Teqlər:

"C\u0259lilabadda qanunsuz ov ed\u0259nl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər