Menyu

FHN: Ötən gün köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib

FHN: Ötən gün köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində və Azadlıq prospektində, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

"Operativ Media" FHN-nə istinadən xəbər verir ki,  məlumatlarla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.

Teqlər:

"FHN: \u00d6t\u0259n g\u00fcn k\u00f6m\u0259ksiz v\u0259ziyy\u0259td\u0259 qalan 5 n\u0259f\u0259r xilas edilib"

Əlaqəli Xəbərlər