Menyu

Filippin və Yeni Zelandiya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib

Əziz Əzizli
Filippin və Yeni Zelandiya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə görə, 5,7 maqnitudalı zəlzələ Filippinin Luson adasında qeydə alınıb. Yeraltı təkanların episentri 320 min nəfərin yaşadığı Kabanatuan şəhərindən 20 km cənub-qərbdə olub. Təbiət hadisəsinin ocağı 182 km dərinlikdə yerləşib.

Cəmi beş dəqiqə sonra 5,8 maqnitudalı zəlzələ Yeni Zelandiyanın Hiks-Bey (əhali: 1,3 min) şəhərindən 123 km şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 19 km dərinlikdə olub.

Hər iki halda zərərçəkmişlər və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər