Tokayev COP29 çərçivəsində Yunanıstanın baş naziri ilə görüşüb
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyib.
Həmçinin qarşılıqlı ticarətin şaxələndirilməsinin vacibliyini vurğulayıblar. Enerjinin inkişafı və iqtisadi dekarbonizasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net