Tokayev Küveyt Vəliəhdi ilə görüşüb
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Kasım-Jomart Tokayev COP29 Dünya İqlim Sammiti çərçivəsində Küveyt taxtının varisi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah ilə görüş keçirib. Dövlət başçısı Küveyti Qazaxıstanın ərəb dünyasında mühüm tərəfdaşı kimi qeyd edib",- deyə məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net