Toral Bayramovun qolu həftənin ən yaxşısı seçilə bilər
Əziz Əzizli
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.
"Operativ Media" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.
Teqlər:
"Toral Bayramovun qolu h\u0259ft\u0259nin \u0259n yax\u015f\u0131s\u0131 se\u00e7il\u0259 bil\u0259r"