Azərbaycanın İsraildəki səfiri Yerusəlim Patriarxı ilə görüşüb
Əsəd Abbaslı
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilosla diplomatik nümayəndəliklə patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Təl-Əvivdəki səfirliyin mətbuat xidməti bildirib.
“Bu gün səfir Muxtar Məmmədov və Yerusəlim Patriarxı Zati-müqəddəsləri III Teofilos görüş keçiriblər. Onlar Azərbaycanda bütün dini icmaların qarşılıqlı hörmət və harmonik birgəyaşayışını, həmçinin səfirlik və patriarxlıq arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net