Menyu

İsveç Ukraynaya iki sahil mühafizə gəmisi verəcək

Əsəd Abbaslı
İsveç Ukraynaya iki sahil mühafizə gəmisi verəcək

İsveç Ukraynaya iki sahil mühafizə gəmisi və 40 min əleyhqaz verəcək.

"OPerativ Media"  xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin “X” sosial şəbəkəsində yazıb.

“Bu gün mən 100 milyon İsveç kronu (təxminən 8,5 milyon avro - red.) dəyərində olan 40 min əleyhqazdan ibarət yeni mülki yardım paketini, həmçinin iki böyük sahil mühafizə gəmisi və əlavə avadanlıqdan ibarət dəniz paketini təqdim etdim”, - Bolin bildirib.

İsveçli nazir, həmçinin onu da qeyd edib ki, Ukrayna daxili işlər naziri İqor Klimenko ilə görüşdə İsveç və Ukrayna arasında mülki müdafiənin bir sıra sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair proqram sənədi imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər