Menyu

Çində 100 min illik panda fosilləri tapılıb

Əziz Əzizli
Çində 100 min illik panda fosilləri tapılıb

Çindəki Şuanqhe mağarasında yaşı 100 min il olduğu bildirilən panda fosillərinin tapıldığı açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Çinin Quizhou əyalətində Asiyanın ən uzun, dünyanın isə 3-cü ən uzun mağarası olan Şuanqhe mağarasında panda qalıqlarının tapıldığı bildirilib.

2003-cü ildən bəri çoxlu panda fosilinin aşkar edildiyi Şuanqhe mağarasında yaşı 100 min il olduğu təsbit edilən 46 nəhəng panda fosili tapılıb.

Tədqiqatçılar 2003-cü ildən bəri geoloji möcüzə adlandırılan Şuanqhe mağarasından çoxlu panda qalıqları aşkar ediblər. Aşkar edilmiş qalıqların Buz dövrünün sonunda nəhəng panda populyasiyasının genetik təkamül tarixini və fərdi səviyyəli təkamül prosesini anlamaq üçün nadir nümunə ola biləcəyi düşünülür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər