Menyu

"Formula-1": Braziliya Qran-prisinin təsnifat yarışı keçirilib

Əsəd Abbaslı
"Formula-1": Braziliya Qran-prisinin təsnifat yarışı keçirilib

Bazar günü "Formula-1" çempionatının 21-ci mərhələsi - Braziliya Qran-prisində təsnifat mərhələsi baş tutub.

"Operativ Media" xəbər verir ki, San-Pauludakı hava şəraiti ilə əlaqədar təsnifat şənbə günündən təxirə salınıb.

İlk sırada "McLaren" komandasının pilotu Lando Norris qərarlaşıb. "Mercedes"in nümayəndəsi Corc Rassel ikinci, "Red Bull"un yapon pilotu Yuki Tsunoda üçüncü yeri tutub.

Maks Ferstappen ("Red Bull") və Lens Strollun ("Aston Martin") qəzası nəticəsində trekdə qırmızı bayraqlar görünüb.

"Formula-1"in yeddiqat çempionu Lyuis Hemilton 16-cı nəticə nümayiş etdirərək birinci seqmentdən kənara çıxa bilməyib.

Seçmə yarışları zamanı həm "Aston Martin", həm də "Williams" pilotları qəzaya uğrayıblar.

Teqlər:

"\"Formula-1\": Braziliya Qran-prisinin t\u0259snifat yar\u0131\u015f\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər