Menyu

Petr Pavel 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə verib

Əsəd Abbaslı
Petr Pavel 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə verib

Çexiya Prezidenti Petr Pavel respublikanın 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmağa icazə verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Çexiya Radiosu dövlət başçısının mətbuat katibi Filip Platosa istinadən məlumat yayıb.

Ümumilikdə 180-dən çox çex Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün icazə almaq məqsədilə ərizə təqdim edib. Onlardan neçəsinin rədd edildiyi barədə məlumat verilmir.

2022-ci il fevralın 24-dən etibarən respublika vətəndaşlarına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq üçün 132 icazə verilib. Lakin belə icazə alanlardan neçəsinin əslində Ukraynaya getdiyi məlum deyil.

Çexiya qanunvericiliyi respublika vətəndaşlarının prezidentin icazəsi olmadan hərbi və ya hərbiləşdirilmiş xarici birləşmələrdə iştirakını istisna edir. Bu qayda yaşayış icazəsi olan əcnəbilərə də şamil oluna bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər