Menyu

Hizbullah İsrailin şimalında evakuasiya əmri verib

Əsəd Abbaslı
Hizbullah İsrailin şimalında evakuasiya əmri verib

Şiə Hizbullah qruplaşması ilk dəfə olaraq İsrailin şimalında evakuasiya əmri verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq İsrailin şimal hissəsində, Livanla sərhəddən 3-22 km məsafədə yerləşən və təxminən 200 min İsrail vətəndaşının yaşadığı 25 yaşayış məntəqəsinə aiddir.

Hizbullah bildirir ki, yaşayış məntəqələri İsrail işğalçı qüvvələrinin Livana hücum etmək üçün yerləşdirildiyi hərbi postlara çevrilib.

Xəbərdarlıqda deyilir: “Sizin məskunlaşdığınız ərazilər Livana hücum edən düşmən silahlı qüvvələrinin məskəni və yaşayış məntəqəsinə çevrilib və nəticədə İslam Müqavimətinin hava və raket qüvvələrinin qanuni hərbi hədəflərinə çevrilib”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər