Menyu

Gürcüstan MSK parlament seçkilərini baş tutmuş elan edib

Nərmin Qocamanlı
Gürcüstan MSK parlament seçkilərini baş tutmuş elan edib

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlamemt seçkilərini baş tutmuş elan edib.

"Operativ Media" xəbər verir ki, bunu seçkilərdən sonra keçirilən brifinqdə MSK-nın sədri Georgi Kaladaraşvili bildirib.

“Bu gün bizim ölkəmiz və seçki administrasiyamız üçün tarixi gündür. Məhz bu gün biz ilk dəfə belə geniş miqyasda elektron səsvermə aparatlarını tətbiq etdik və günün sonunda əminliklə deyə bilərik ki, seçkilər baş tutmuş sayılır”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub.

Seçkilərdə seçici fəallığı 58,94 faiz təşkil edib, 2 milyon 60 min 412 seçici səs verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər