Mahir Emrelili "Nürnberq" darmadağına sevindi
Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” də növbəti matçına çıxıb. Komanda evdə “Yan Regensburq”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Emreli start heyətində meydana çıxıb. O, "Nürnberq"in heyətində 5-ci oyununu keçirib. 27 yaşlı yarımmüdafiəçi 23-cü dəqiqədə qol vurub. Emreli 69-cı dəqiqədə Benjamin Koller ilə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" 16 xalla 6-cı, "Yan Regensburq" 4 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
"Nürnberq" - “Yan Regensburq” 8:3
Qollar: Tsimas, 17. Emreli, 23. Yustvan, 45+1; 59; 74-pen; Şlaymer, 81. Kastrop, 83. Karafiat, 90+2 - Hottman, 36. Vyet, 42-pen; Proger, 49.