Menyu

Olaf Şolts Ankarada törədilən terror aktını qınayıb

Əsəd Abbaslı
Olaf Şolts Ankarada törədilən terror aktını qınayıb

Almaniyanın siyasi rəhbərliyi Ankarada törədilən terror aktını sərt şəkildə qınayıb.

"Operativ Media" xəbər verir ki, Almaniyanın Federal Kansleri Olaf Şolts X səhifəsindəki rəsmi hesabında etdiyi paylaşımda həlak olan və yaralananlar barədə xəbərlərdən sarsıldığını vurğulayaraq qeyd edib: “Terrorizmin bütün təzahürlərini ən sərt şəkildə qınayırıq. Tərəfdaşımız Türkiyənin yanındayıq”.

Almaniya Xarici İşlər Nazirliyi də terror hücumu ilə bağlı açıqlama yayıb.

Terror hücumunu qınayan nazirliyin sözçüsünün açıqlamasında Türkiyə ilə həmrəylik ifadə olunub. Açıqlamada Almaniyanın Ankaradakı səfirliyi və Berlində Xarici İşlər Nazirliyinin Böhran Müdaxilə Mərkəzi vasitəsilə vəziyyətin yaxından izlənildiyi qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər