Menyu

Fələstin Qəzzada baş verən hadisələrə görə, beynəlxalq ictimaiyyətə müraciət edib

Əsəd Abbaslı
Fələstin Qəzzada baş verən hadisələrə görə, beynəlxalq ictimaiyyətə müraciət edib

İsrailin anklavın şimal bölgələrinə son kütləvi zərbələri fonunda Qəzza zolağında dərhal atəşkəs tələb edilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edib.

Departament bu barədə X-də (keçmiş Twitter) bəyanat yayıb.

“Fələstin Xarici İşlər Nazirliyinin son hadisələrə görə tam və birbaşa məsuliyyəti İsrail hökumətinin üzərinə qoymasına baxmayaraq, biz eyni zamanda dünya ictimaiyyətindən dərhal atəşkəsə nail olunmasını və xalqımızın məhv edilməsinin qarşısının alınmasını tələb edirik” – bəyanatda deyilir.

Fələstin Xarici İşlər Nazirliyi həmçinin İsraildən bir il ərzində işğal olunmuş Fələstin ərazilərini tərk etməsi tələbi ilə “BMT Baş Assambleyasının 18 sentyabrda qəbul etdiyi qətnamənin icrasına” çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər