Litva Rusiya ilə ticarət gəmiçiliyi haqqında sazişi ləğv edir
Litva Rusiya Federasiyası ilə ticarət gəmiçiliyinə dair hökumətlərarası sazişi ləğv etmək niyyətindədir.
"Operativ Media" TASS-a istinadla xəbər verir ki, bu sənədin geri götürülməsi təşəbbüsü Litvanın Rabitə və Nəqliyyat Nazirliyi tərəfindən qaldırılıb.
“Beynəlxalq hüququn davamlı pozulması ilə bağlı geosiyasi vəziyyəti, habelə dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın praktiki olaraq dayandığını və qeyri-mümkün olduğunu nəzərə alaraq, bu sazişi denonsasiya etmək məqsədəuyğundur”, - təqdimatda deyilir.
Ticarət gəmiçiliyi haqqında Saziş 1993-cü ildə Vilnüs və Moskva arasında imzalanıb və 1994-cü ildə qüvvəyə minmişdir.
Hökumətdə bu məsələyə baxıldıqdan sonra Nazirlər Kabineti denonsasiya təklifi ilə razılaşarsa, təsdiq olunmaq üçün parlamentə göndəriləcək.