Menyu

Politico: Aİ Rusiya və İrandan olan təşkilatlara qarşı sanksiyaları genişləndirmək niyyətindədir

Nərmin Qocamanlı
Politico: Aİ Rusiya və İrandan olan təşkilatlara qarşı sanksiyaları genişləndirmək niyyətindədir

Avropa İttifaqının xarici işlər nazirləri bu gün keçiriləcək iclasda İran və Rusiya təşkilatlarına qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar “regiondakı [digər ölkələrə], eləcə də Rusiyaya silah göndərməkdə iştirak etdiyi iddia edilən İran şirkətlərinə qarşı yönəldiləcək. Məhdudlaşdırıcı tədbirlərin İrandan gələn aviaşirkətlərə də təsir edəcəyi gözlənilir. Bundan əlavə, Aİ ölkələrinin xarici işlər nazirləri sanksiyalardan yayınmağa qarşı mübarizəni müzakirə etməyi planlaşdırır və Moskvanın digər ölkələrdə "sabitliyi pozan hərəkətlərində” iştirak etdiyi iddia edilən adı açıqlanmayan Rusiya təşkilatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə qərar qəbul edə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər