Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
Əsəd Abbaslı
Rusiya qüvvələri artıq Ukrayna Silahlı Qüvvələrinin ələ keçirdiyi Kursk vilayətində yaşayış məntəqələrindən 15-ni azad edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor, Axmat xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov məlumat verib.
“Düşmən tərəfindən işğal edilmiş Kursk yaşayış məntəqələrindən 15-i artıq azad edilib”, - Alaudinov deyib.
O əlavə edib ki, rus qoşunları Donetsk istiqamətində 10 sektorda irəliləyir.
Alaudinovun sözlərinə görə, hər gün bir-iki yaşayış məntəqəsi işğaldan azad edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net