Alaudinov: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki texnikasının 70 faizi artıq məhv edilib
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində döyüş əməliyyatlarında istifadə olunan hərbi texnikasının 70%-ni məhv edib.
"Operativ Media" xəbər verir ki, bunu “Komsomolskaya Pravda”ya müsahibəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov deyib.
“Onlar konkret olaraq bir istiqamətdə - 200-dən çox tank, 400-dən çox zirehli texnika, zirehli transportyor, piyada döyüş maşınları vurmaq üçün üç il ərzində heç vaxt toplamadıqları ciddi resurslar toplayıblar. Bütün Avropa zibilləri xüsusi olaraq bu əməliyyatda iştirak edirdi. Bu texnikanın 70%-i məhv edilib. Qalan texnikalar hardasa peyda olan kimi onun məhvi davam edir”, - Alaudinov bildirib.
O əlavə edib ki, Ukraynanın hərbi resursları tükənib və Kiyev hazırda Kursk vilayətinə göndərilən ehtiyatların yarısına belə sahib deyil.
Bundan əlavə, Alaudinovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il kampaniyasının əvvəlində əldə etdiyi təlim keçmiş döyüşçüləri artıq yoxdur.