Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
Nərmin Qocamanlı
Azərbaycan və Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.
"Operativ Media" xəbər verir ki, saziş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.
Sənədi COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo imzalayıb.
Memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edən Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net