Qırğızıstan Ali Məhkəməsinin sədri istefa verib
Nərmin Qocamanlı
Qırğızıstan Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov istefa verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Respublika Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“Hakimlər Şurasının iclasında Ali Məhkəmənin sədri Zamirbek Bazarbekovun öz xahişi ilə Ali Məhkəmənin sədri vəzifəsindən azad edilməsi və hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə vəsatətlərinə baxılıb və təmin edilib", - deyə məlumatda deyilir.
Bazarbekov oktyabrın 9-da öz xahişi ilə vaxtından əvvəl istefa vermək üçün ərizə verib. O, bu qərarının səbəblərini açıqlamayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net