Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
Əsəd Abbaslı
Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan destruktiv münasibət tətbiq edən ölkələrin siyahısını təsdiqləyib.
Siyahıya ABŞ və Yaponiya da daxil olmaqla iqtisadi cəhətdən Rusiyaya qarşı düşmən olan bütün dövlətlər daxildir.
Sənədin hazırlanması ilə tanış olan TASS mənbəsinin məlumatına görə, siyahı ənənəvi mənəvi-əxlaqi dəyərləri bölüşən əcnəbilərə humanitar yardım göstərilməsi haqqında prezidentin fərmanına uyğun olaraq təsdiq edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma