Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Rusiyanı faşist dövləti ilə müqayisə edərək 20-ci əsrdə faşizm vəbasına qarşı mübarizədə həlak olanların hamısının xatirəsini təhqir edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyinin TASS-a verdiyi şərhdə deyilir.
“Sentyabrın 15-də Britaniya televiziya kanallarından birinin efirində Rusiya Federasiyasının rəhbərliyini “imperialist faşizm”ə görə qınamağa qədər gedən Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lamminin təhqiramiz bəyanatları qəbuledilməzdir".
İrqi üstünlük nəzəriyyəsinə əsaslanan faşizm ideologiyası alman nasizminin cinayətləri ilə güclü əlaqəyə malikdir”, - Rusiya diplomatları vurğulayıblar.
Səfirlik qeyd edib ki, Leyboristlər Partiyasının parlament seçkilərindəki qələbəsindən sonra iyul ayında vəzifəsinin icrasına başlayan XİN rəhbəri hakimiyyətə gəlməmişdən əvvəl də xatırlanan yersiz şok bəyanatlara meyllidir.”