Menyu

İran və Rusiya Cənubi Qafqazda regional əməkdaşlığı müzakirə edib

İran və Rusiya Cənubi Qafqazda regional əməkdaşlığı müzakirə edib

İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib.

"Operativ Media" xəbər verir ki, bu  barədə İran Xarici İşlər Nazirliyinin rəsmi səhifəsi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.

Məlumata görə, Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.


Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər