İsrail döyüş təyyarələri Livanı vurub
Əsəd Abbaslı
İsrail döyüş təyyarələrinin Livanın cənubuna hava zərbələri endirməsi nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi NNA məlumat yayıb.
İsrail təyyarələrinin Livanın cənubundakı Tir şəhərinin Tayr Harfa qəsəbəsinə hava hücumu həyata keçirməsi zamanı 5 nəfər həlak olub.
Livanın cənubunda Həmadiyə şossesində bir avtomobilin vurulması zamanı isə bir nəfər ölüb.
Bundan başqa Səhiyyə Nazirliyi də İsrail ordusunun ölkənin cənubundakı Aytə əl-Cəbəl qəsəbəsinə təşkil etdiyi hava hücumun zamanıaralarında 7 yaşlı uşaq olmaqla 2 nəfərin həlak olduğunu açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net