Belçikada şagirdlərə məktəbə telefon gətirmək qadağan olunub
Belçikanın bəzi bölgələrində yerləşən məktəblərdə şagirdlərə telefondan istifadə qadağan edilib.
“Operativ Media” xəbər verir ki, bu barədə Valloniya-Brüssel Təhsil Şəbəkəsi qərar qəbul edib.
Belə ki, fransız dilini tədris edən 373 məktəbdə şagirdlərinin özləri ilə telefon gətirmələri qadağan edilib. Bu qadağanın 132 600 şagirdi əhatə edəcəyi bildirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma