Menyu

Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub

Nərmin Qocamanlı
Azərbaycan Dağıstanda keçiriləcək Xəzər Rəqəmsal Forumuna dəvət olunub

Azərbaycan noyabrda Dağıstanda (Rusiya Federasiyası) keçiriləcək II Beynəlxalq Xəzər Rəqəmsal Forumuna dəvət olunub.

"Operativ Media" forumun saytına istinadən xəbər verir ki, tədbirin əsas mövzusu rəqəmsal texnologiyalardan istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına həsr olunacaq.

“Biz Xəzəryanı regionun bütün dövlətlərinin - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistanın nümayəndələrini dəvət etmişik”, - deyə Dağıstan regionunun rəqəmsal inkişaf naziri Yuri Həmzətov qeyd edib.

Tədbir iştirakçıları nəqliyyat, logistika, ekologiya və turizmin perspektivli sahələrini müzakirə edəcəklər. Forumda 8 ölkədən 4 işçi qrupunun və 30 sənaye ekspertinin iştirakı gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər