ÜST meymunçiçəyinə görə insanları vaksinasiyaya çağırıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.
"Operativ Media" “NTV Haber”ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb.
O bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir: "Çünki sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: “Klad-1” və “Klad-2”: “Biz “Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar arasında ölüm halları çoxdur”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net