BMT TŞ iyulun 31-də HƏMAS liderinin qətli ilə bağlı fövqəladə iclas keçirəcək
Əsəd Abbaslı
HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası iyulun 31-də fövqəladə iclas keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
Məlumatda qeyd olunur ki, Çin, Əlcəzair və Rusiyanın dəstəyi və İranın xahişi ilə Nyu-York vaxtı ilə saat 16:00-da HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İ. Həniyyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edilib.
Qeyd edək ki, iyul ayında BMT TŞ-na Rusiya Federasiyası rəhbərlik edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net