Qırğızıstan Rusiya hava limanlarında yoxlama prosedurlarının uzun sürməsindən narahatdır
Qırğız Respublikasının xarici işlər nazirinin müavini Almaz İmanqaziyev Rusiya Federasiyasının Qırğızıstan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergey Vakunov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qırğızıstan vətəndaşlarının Rusiyaya gəlməsi və onun ərazisində qalmaları ilə bağlı məsələləri müzakirə ediblər.
Qırğızıstanın xarici işlər nazirinin müavini həmvətənlərin Rusiyaya girişindən imtina hallarının artması və Rusiya Federasiyasının beynəlxalq hava limanlarında yoxlama prosedurlarının uzun sürməsindən narahatlığını bildirib.
Eyni zamanda, o qeyd edib ki, Qırğızıstan tərəfi Rusiya tərəfinin ölkədə təhlükəsizliyin təmin edilməsinə yönəlmiş gördüyü tədbirləri başa düşür.