Livan hökuməti: Münaqişənin qarşısını almaq üçün İsraili cilovlamaq gərəkdir
Əsəd Abbaslı
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib ki, İsrailin ölkə ərazisinə istənilən genişmiqyaslı hücumu regional münaqişəyə gətirib çıxaracaq.
“Operativ Media" Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri vəzifəsini icra edən Abdalla Bu Həbib bildirib.
“Livan Amerika Birləşmiş Ştatlardan bütün Yaxın Şərqi bürüyəcək münaqişənin qarşısını almaq üçün davam edən hərbi eskalasiya fonunda İsraili cilovlamaq barədə müraciət edib”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, ABŞ-da Livan hakimiyyətini “Hizbullah”ı cilovlamaq üçün tədbirlər görməyə çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net