Menyu

Bolton: Trampın hakimiyyətə gəlməsi Ukrayna üçün pis xəbər olacaq

Bolton: Trampın hakimiyyətə gəlməsi Ukrayna üçün pis xəbər olacaq

"Donald Trampın hakimiyyətə gəlməsi Ukrayna üçün pis xəbər olacaq".

"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton CNN telekanalına müsahibəsində bildirib. 

Bununla bağlı o, Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə sonuncu telefon danışığında "bütün dünyaya sülh gətirəcəyini" bildirdiyi bəyanatını xatırladıb.

"Mən psixiatr deyiləm, amma dünyaya sülh gətirəcəyəm deyən insan üçün istifadə olunan texniki termini bilirəm. Bu dəlilikdir. Onun bu müharibəni necə bitirəcəyi barədə heç bir fikri yoxdur, amma düşünürəm ki, onun Vladimir Putinlə yaxınlığı son nəticədə Rusiyaya Ukrayna üçün dağıdıcı olacaq güzəştlərə gətirib çıxaracaq", - Bolton bildirib.

Eyni zamanda, keçmiş müşavir əlavə edib ki, ABŞ Ukraynaya "təvazökarlıqdan" deyil, Amerika maraqlarına aid olduğu üçün kömək edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər