Qəzza Səhiyyə Nazirliyi: Ölənlərin sayı 39 minə çatıb
"2023-cü ilin oktyabr ayından Qəzza zolağında hərbi əməliyyatlar aparan İsrail ordusunun hərəkətləri nəticəsində ölənlərin sayı 39 minə yaxınlaşıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrail qüvvələrinin zolağı davamlı bombalaması və atəşə tutması nəticəsində 38 983 fələstinli həlak olub", - deyə məlumatda qeyd edilib.
Nazirliyin məlumatına görə, həmin dövrdə 89 727 nəfər xəsarət alıb.
Təkcə son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif yerlərində həyata keçirdiyi hücumlar zamanı 64 nəfər ölüb, 105 nəfər yaralanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net