Menyu

ABŞ bombardmançıları Finlandiya üzərində təlim uçuşu həyata keçirib

ABŞ bombardmançıları Finlandiya üzərində təlim uçuşu həyata keçirib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd B-52 Stratofortress uzunmənzilli ağır bombardmançı təyyarəsi Finlandiya hava məkanı üzərində uçub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələri məlumat yayıb.

Bombardmançılara iki Amerika KC-135 və bir KC-46 tanker təyyarəsi dəstək verib. Təyyarələr Norveçdən gəlib və Laplandiya vasitəsilə cənuba uçub.

Məlumatda bildirilir ki, uçuşlar təlim tədbirlərinin bir hissəsi olub.

Əməliyyat Finlandiyanın milli qanunvericiliyi və qaydalarına uyğun həyata keçirilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər