Menyu

UNRWA HƏMAS-la əlaqədə ittiham olunan işçiləri araşdıracaq

UNRWA HƏMAS-la əlaqədə ittiham olunan işçiləri araşdıracaq

UNRWA İsrail hökuməti tərəfindən HƏMAS ilə əlaqələrdə ittiham olunan 100 agentlik əməkdaşını araşdıracaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ictimaiyyətlə əlaqələr üzrə direktoru Culyet Tuma bildirib.

"UNRWA İsrail hökumətindən Qəzza zolağında çalışan agentlik işçilərinə qarşı ittihamlarla bağlı məktub alıb. Bu məktubda İsrail hökuməti UNRWA-nın 100-ə yaxın əməkdaşının adlarını əks etdirən siyahı təqdim edib. Onların silahlı qanadın üzvləri olduğu iddia edilir", - məlumatda qeyd olunub. 

Tuma UNRWA-nın bu iddiaları ciddi qəbul etdiyini vurğulayıb: "Biz bu məktuba cavab olaraq iddiaları əsaslandırmaq üçün məlumat və kömək istəməklə cavab verdik ki, agentlik onlarla bağlı tədbir görə bilsin".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər