Menyu

Paşinyan USAID-in rəhbəri ilə ilə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Nərmin Qocamanlı
Paşinyan USAID-in rəhbəri ilə ilə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan USAID-in rəhbəri Samanta Pauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Samanta Pauer qeyd edib ki, ABŞ administrasiyası Ermənistanla sıx əməkdaşlığı yüksək qiymətləndirir və Ermənistan hökumətinin demokratiyanın gücləndirilməsi, inkişafı, eləcə də Ermənistanın dayanıqlığının artırılması lehinə planlarına ardıcıl dəstək verməyə hazırdır.

Qeyd olunub ki, USAID Ermənistanda bulud infrastrukturunun tətbiqi və potensialın artırılması məqsədilə Amazon Veb Xidməti ilə Hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar yeni maliyyə ayıracaq.

Həmçinin, görüşdə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər