ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Blinken "X"də bildirib.
Görşüdə təklif olunan atəşkəs razılaşması, Qəzzaya əlavə humanitar yardım, Ukraynanın ədalətli, davamlı sülhə nail olması üçün səylər, münaqişəyə son qoymaq və Sudanda humanitar böhran məsələləri müzakirə olunub.