Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mirzoyan "X"də bildirib.
Telefon danışığı zamanı, ikitərəfli gündəm, strateji tərəfdaşlığın daha da gücləndirilməsinə yönəlmiş qarşıdan gələn planlar, çoxtərəfli forumlarda əməkdaşlıq etmək, Gürcüstan və Ermənistanın şimal-şərq bölgələrində daşqından sonrakı vəziyyət müzakirə olunub.