Menyu

Polşa Belarusla sərhəddəki bufer zonasını qaytaracaq

Gozel Həşimova
Polşa Belarusla sərhəddəki bufer zonasını qaytaracaq

Polşa iyunun 4-dən etibarən Belarusla sərhəddəki bufer zonasını qaytaracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“İyunun 4-dən Belarusla sərhəddə bufer zonası bərpa olunacaq. O, Qaynovski və Belastok rayonlarını əhatə edəcək”, - nazir vurğulayıb.

Bildirilir ki, bufer zonasının yaradılması qərarı qeyri-qanuni miqrantlardan birinin sərhədi keçmək istəyərkən Polşa əsgərini bıçaqlamasından sonra verilib.

Əlaqəli Xəbərlər