Martın 8-də ümumi çəkisi 15,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,2 kiloqrama yaxın heroin, 7,4 kiloqramdan çox marixuana, 1,7 kiloqrama yaxın tiryək və həşiş qətranı, 900 qrama yaxın metamfetamin, həmçinin 1977 ədəd metadon həbi olub.