Menyu

Özəl təlim müəssisələrini Şərqi Zəngəzura və Qarabağa dəvət etmişik - Dövlət Məşğulluq Agentliyinin sədri

Özəl təlim müəssisələrini Şərqi Zəngəzura və Qarabağa dəvət etmişik - Dövlət Məşğulluq Agentliyinin sədri

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əhalinin köçürülməsi və məşğulluq məsələsinin təmin olunması ən əsas prioritetlər kimi müəyyən edilib. Bu çərçivədə ən vacib məsələlərdən biri köçən əhalinin peşələrinin müəyyən olunması və onların əmək bazarına uyğunlaşmasının təmin edilməsidir.

"Operativ Media" xəbər verir ki, bunu Şuşada “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

“Vacib məsələlərdən biri peşə hazırlığıdır və agentliyin tabeliyində olan dörd peşə hazırlığı mərkəzi vasitəsilə bu proqramı həyata keçirməyə çalışırıq. Eyni zamanda, 2021-ci ildən başlanılan dövlət-özəl tərəfdaşlıq modeli çərçivəsində özəl təlim müəssisələri ilə daimi sifarişlər həyata keçiririk. Bugünkü tədbirdə biz o müəssisələri Şərqi Zəngəzur və Qarabağ ərazisinə dəvət etdik. Onların fəaliyyətinə dəstək gösdərilməsini müzakirə etdik”, – deyə İdarə Heyətinin sədri bildirib.

Mustafa Abbasbəyli işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı, tikinti, emal sənayesi, ictimai iaşə, turizm sahələri, eləcə də alternativ enerji üzrə mütəxəssislərə daha çox ehtiyac olacağını qeyd edib.

Teqlər:

"\u00d6z\u0259l t\u0259lim m\u00fc\u0259ssis\u0259l\u0259rini \u015e\u0259rqi Z\u0259ng\u0259zura v\u0259 Qaraba\u011fa d\u0259v\u0259t etmi\u015fik - D\u00f6vl\u0259t M\u0259\u015f\u011fulluq Agentliyinin s\u0259dri"

Əlaqəli Xəbərlər