Bakıda zirzəmidə 8 kq-dan artıq narkotik vasitə aşkarlanıb - FOTO
Bakıda yaşayış binasının zirzəmisində 8 kq-dan artıq narkotik vasitə aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.