KOBİA: Azərbaycanda sahibkarların təxminən 22 faizini qadınlar təşkil edir
Nərmin Qocamanlı
Azərbaycanda sahibkarların təxminən 22 faizini qadınlar təşkil edir.
"Operativ Media" xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə deyib.
O bildirib ki, qadınlar əsasən ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər.